HƏKİMLƏRDƏN HƏYƏCAN: Qaydalar sərtləşdirilməlidir!

HƏKİMLƏRDƏN HƏYƏCAN: Qaydalar sərtləşdirilməlidir!

Hazırda oxunan: HƏKİMLƏRDƏN HƏYƏCAN: Qaydalar sərtləşdirilməlidir!

2291

Adil Qeybulla: “Azərbaycanda koronavirusa yoluxma sayı statistik göstəricilərdən dəfələrlə çoxdur”.

COVID-19 infeksiyasına yoluxmanın sürətli artımı Avropa ölkələrini sərt karantin rejimi tətbiq etməyə məcbur etdi.

ÜST-ün məlumatlarında ölkəmizdə vəziyyətin çox da pis olmadığı bildirilsə də mütəxəssislər bu fikirlərlə razılaşmır. 

Professor Adil Qeybulla Bizim.Media-ya müsahibəsində statistik göstəricilərin reallığı əks etdirmədiyini deyir:

“Həkimə müraciət etməyən xeyli sayda xəstə var. Yoluxma sayı statistik göstəricilərdən dəfələrlə çoxdur. Vətəndaşları öz məsuliyyətinə buraxanda nəticə acınacaqlı hala gəlir. Karantin qaydalarının sərtləşməsinə ehtiyac var”.

Professor, pulmonoloq Elizamin Sadıqov yoluxmanın birinci əsas mənbəyinin ictimai nəqliyyat olduğunu deyir:

“Pandemiya şəraitində marşrut avtobusları öz həcminin üçdə biri qədər sərnişin daşımalıdır.

Avropa ölkələrində oturacaqların üçdə ikisi bağlanaraq bloklanır. Bizdə də bu tətbiq olunmalıdır. Əhəmiyyətsiz marşrutların hesabına digərlərində avtobus sayı artırılmalıdır”. 

Professor qeyd edir ki, isanların vacib olmayan hərəkətliliyi məhdudlaşdırılmalıdır:

“Şəhər küçələrində 1 milyon avtomobilə, 2 milyon insana rast gəlmək olur. Karantin dövründə iş yerlərinin çoxunun bağlı olduğu halda bu qədər insan gərək olmadan hərəkətliliyi artırır. İnsanları qaydalara əməl etməyə yenidən məcbur etmək lazımdır”.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO