Ürək-damar xəstələrində koronavirusun ilk əlamətləri

Hazırda oxunan: Ürək-damar xəstələrində koronavirusun ilk əlamətləri

20013

“Bu gün ürək-damar xəstəlikləri olan insanlar üçün daha yüksək yoluxma ehtimalına dair inandırıcı dəlil yoxdur, ancaq onlarda ağır koronavirus infeksiyası və ölüm riski daha yüksəkdir”. 

Bizim.Media Səhiyyə Nazirliyinin saytına istinadla  xəbər verir ki, bu barədə qurumun  baş kardioloqu Yusif Nağıyev məlumat verib.

Bildirib ki, Çin alimləri, mövcud ürək-damar xəstəliyinin (ÜDX-nin) ağır COVID-19 inkişaf riskini 3,5 dəfə artırdığını göstəriblər: 

“Əvvəlcədən ÜDX mövcud olan xəstələr arasında ölüm nisbəti, COVID-19-a yoluxan ümumi populyasiyadan 5 dəfə çoxdur. Belə xəstələrin yoluxması miyokard infarktının inkişafı ilə xəstəliyin gedişatını ağırlaşdırır. Bu da ölüm riskini artırır”.

Həkim urək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda COVID-19 əlamətlərini də açıqlayıb.

“Virus infeksiyasının simptomları ilə yanaşı xroniki ÜDX-ləri də kəskinləşir. Bu, hipertenziv xəstələrdə qan təzyiqinin artması, xroniki ürək çatışmazlığı olan xəstələrdə təngnəfəsliyinin artması, səyrici aritmiya tutmaların residivləşməsi və xroniki gərginlik stenokardiya ağrı həddinin azalması ilə özünü göstərir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO