“Kovivak” peyvəndindən İNANILMAZ toxunulmazlıq – 8 ay İMMUNİTET

Hazırda oxunan: “Kovivak” peyvəndindən İNANILMAZ toxunulmazlıq – 8 ay İMMUNİTET

19831

Rusiyanın istehsalı olan “Kovivak” peyvəndi 8 ay toxunulmazlıq yaradır.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Çumakova adına İmmunobioloji Hazırlıqların Tədqiqatı və İnkişafı Mərkəzinin baş direktoru Aydar İşmuxamedov açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada üçüncü yerli peyvənd qeydiyyata alındı


Onun sözlərinə görə “Kovivak” peyvəndindən sonra COVID-19-a qarşı toxunulmazlıq təxminən 8 ay davam edir. Peyvəndin immunitet yaratması isə 85 faizdir:

“Bu yüngül bir peyvənddir. Artıq apardığımız araşdırmalar göstərir ki, burada hüceyrə toxunulmazlığı da iştirak edir”.

Qeyd edək ki, ötən ay Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) peyvəndin qiymətləndirilməsi üçün sənədlər təqdim edilib. 

Xatırladaq ki, Rusiya COVID-19-a qarşı üç peyvənd istehsal edib: “Sputnik V”, “EpiVacCorona” və Kovivak”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO