Yeni ştamda yoluxuculuq 28 günə qədər davam edir

Hazırda oxunan: Yeni ştamda yoluxuculuq 28 günə qədər davam edir

19644

“Koronavirusun əvvəlki ştammında yoluxuculuğu 7-12 gün olurdu. Yeni ştammlarda isə bu müddət uzanıb”.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.

O bildirib ki, Britaniya ştammı və son vaxtlar aşkarlanan digər ştammlarda yoluxuculuq 28 günə qədər davam edir.

Həkim qeyd edib ki, COVID-ə yoluxub evdə müalicə olunan xəstələrdə hərarət davamlı yüksəlirsə, 38 və daha çox temperatur olursa, düşmürsə, bu zaman həkimə müraciət etmək lazımdır:

“Bu zaman demək ki, iltihab var. Öskürək başlayıbsa, əsasən də quru, boğucu öskürəkdirsə, COVID-in ağciyərləri zədələməsi ilə bağlıdır. Əgər evdə saturasiyanı ölçə bilirsizsə və saturasiya 93-dən aşağı düşürsə, siz bu zaman da həkimə müraciət etməlisiz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO