Köklük və arıqlıq genetikadan gəlir, yoxsa qidalanma pozuntusudur?

Köklük və arıqlıq genetikadan gəlir, yoxsa qidalanma pozuntusudur?

Hazırda oxunan: Köklük və arıqlıq genetikadan gəlir, yoxsa qidalanma pozuntusudur?

194893

Köklük ümumi bir bəladır. Hər kəs az da olsa zaman-zaman artıq çəkidən şikayət edir. Çoxu düşünür ki, nəfəs alanda belə kökəlir.

Qeyd edək ki, hər kəs kökəlməyin asan olduğu fikrindədir. Lakin istəsə belə kökələ bilməyən insanlar da var. Hansı ki, yedikləri qidadan asılı olmayaraq, keçirdikləri həyat tərzinə baxmayaraq kökələ bilməyənlər də çoxdur. Belə insanlar arıqlamağa daha meylli olurlar. Belə olan halda ən kiçik xəstəliklər zamanı itirilən, olan-qalan çəki də insanı tamamilə çökdürür. Bir çoxları köklüyün və ya arıqlığın genetik problem olduğunu bildirir.

Bəs doğurdan da köklük və arıqlıq genetikadan gəlir, yoxsa qidalanma pozuntusudur

Tibb elmləri doktoru, profssor Adil Qeybulla Bizim.Media-ya bildirib ki, insanın köklüyə və ya arıqlığa meyilliliyi genetikadan çox, qidalanma pozuntusu ilə bağlıdır:

“Xəstənin köklüyə meyilliliyi və ya arıq olması, onun kondisional quruluşu orqanizmdə mübadilə proseslərinin sürəti ilə bağlıdır. Adam var ki, çox qida qəbul edir, amma arıqdır. Adam da var ki əksinə...

Yəni bunlar kondisional məsələdir. İstənilən halda insanlar qida qəbulu ilə kalori sərfiyyatı arasında balansı gözləsələr, orqanizmləri daha yaxşı inkişaf edir. Bu, orqanizmdə zərərli maddələrin, sərbəst radikalların da toplanmasının qarşısını alar. Beləliklə, ömrün qısalmasına səbəb olan patoloji xəstəliklər də yaranmamış olar”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO