Koronavirusa qarşı sprey formasında vaksin hazırlanır - Yayda tətbiq ediləcək

Hazırda oxunan: Koronavirusa qarşı sprey formasında vaksin hazırlanır - Yayda tətbiq ediləcək

17448

Finlandiyalı alimlər bu ilin sonunadək koronavirusa qarşı yeni vaksinin hazrılanmasını başa çatdıra bilər.

Bizim.Media xarici mətbuata istinadla  xəbər verir ki, bu vaksin burun spreyi formasında olacaq.

Helsinki Universitetinin professoru, layihənin müəlliflərindən biri Kalle Saksela preparatın hazırlanmasına ötən ilin yazında başlandığnı deyib.

Onun sprey formasında olmasının səbəbi ondadır ki, virus insan orqanizminə əsasən nəfəs yolları ilə daxil olur.

Vaksin selikli qişanın müdafiəsini təmin etməklə yanaşı, həm də orqanizmin ümumi immunitetini gücləndirəcək.

Hazırda heyvanlar üzərində sınaqlar bitmək üzrədir. Preparatın insanlar üzərində sınağına isə yayda başlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO