“Robert De Nironun 79 yaşında ata olmasına şübhəm var” – Tanınmış həkimdən AÇIQLAMA

“Robert De Nironun 79 yaşında ata olmasına şübhəm var” – Tanınmış həkimdən AÇIQLAMA

Hazırda oxunan: “Robert De Nironun 79 yaşında ata olmasına şübhəm var” – Tanınmış həkimdən AÇIQLAMA

135641

Amerikalı kino ulduzu Robert De Niro 79 yaşında növbəti dəfə ata olduğunu deyib.Onun bu açıqlaması təkcə onun fanatlarını deyil, həm də tibb aləmini həyəcanlandırıb. Çünki, 79 yaşda ata olmaq bu günümüzün reallığında bir qədər inandırıcı görünmür.

Mövzu ilə bağlı tanınmış həkim Təranə Həsənovanın fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ətraf mühit və qida insanların reproduktiv sağlamlığına son dövlərlər çox pis təsir edib:

“Məsələn, əvvəllər qadınlar 53-55 yaşlarında hamilə qalırdı. İndi belə faktlara rast gəlinmir. Lakin 55-60 yaş arasında qadınların süni mayalanma yolu ilə hamilə qaldığının mən özüm şahidiyəm. Onu da deyim ki, qadınlar və kişilərin anotomik quruluşlarında fərq olduğu kimi bu məsələdə də fərq var. Kişilərin repraduktiv sağlamlıq dövründə klimaks dövrü qadınlara nisbətən daha gec başlayır. Ona görədə kişilər bir qədər yaşlı dövrlərdə də ata ola bilirlər. 

Məsələn, Robert De Nironun 79 yaşında ata olduğunu yazırlar. Bunun həqiqətə nə dərəcədə uyğun olduğunu bizim heç birimiz bilmirik.

Amma mən buna şübhə edirəm. Çünki, dağ başında yaşayan, sağlam qidalanan birisi olsaydı buna inanmaq olardı. Amma şəhər mühitində yaşayan birisində belə bir sağlamlıq dərəcəsinin olması inandırıcı deyil. Di gəl ki, mənim şübhəm heç nəyi dəyişmir. Hamı De Nironun 79 yaşında ata olmasından danışır, yazır. Ən maraqlısı da odur ki, bu xəbər kişi sonsuzluğunun pik həddə olduğu bir vaxtda yayılır”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO