Koronavirusa gündəlik yoluxma STATİSTİKASI 

Hazırda oxunan: Koronavirusa gündəlik yoluxma STATİSTİKASI 

133993

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, son sutkada infeksiyaya 28 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 19 nəfər isə sağalıb, 3 nəfər ölüb. 
İndiyədək ölkədə ümumilikdə 831 414 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 892 nəfər müalicə olunaraq sağalıb, hazırda 277 aktiv xəstə var. Bu günə qədər 10 245 nəfər vəfat edib. 

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1237, bu günə qədər isə ümumilikdə 7 592 173 test icra olunub. 

Eyni zamanda ölkədə son sutka ərzində 935 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 961 812 olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO