COVİD-in fəsadlarını ana bətnində YAŞAYANLAR - “Pandemiya körpələri”nin SAĞLAMLIQ PROBLEMLƏRİ

Hazırda oxunan: COVİD-in fəsadlarını ana bətnində YAŞAYANLAR - “Pandemiya körpələri”nin SAĞLAMLIQ PROBLEMLƏRİ

130781

Koronavirus pandemiyası insanların sağlamlıqlarında bir sıra problemlər yaratdı. Onlardan çoxu bu gün də davam edir. Problemin mənfi tərəflərindən biri də odur ki, pandemiyanın zərərini doğulmazdan əvvəl yaşayanlar da var. Mütəxəssislər bildirir ki, koronavirus keçirən anaların dünyaya gətirdiyi körpələrdə bir sıra problemlər müşahidə olunur.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-genetik Həmidə Abbasova pandemiyadan sonra körpələrdə özünü göstərən bu cür problemlərdən bəhs edib. 

Həkim bildirib ki, hamilə vaxtı omikron və yaxud koronanın digər ştamlarına  yoluxan anaların dünyaya gətirdiyi körpələr arasında daha çox yuxarı ətraf anomaliyaları müşahidə olunub: 

“Yuxarı ətraf anomaliyaları  ilə doğulan körpələrlə bağlı bir müddət  müşahidələr apardıq. Analar arasında apardığım sorğudan da məlum oldu ki, onlar hamilə vaxtı “COVID-19”un ağır formasını keçirib, uzun müddət yüksək temperaturu olub. Onlarda bazu və said sümüklərinin anomaliyaları-qısalığı, yaxud da heç olmaması müşahidə olunur”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO