Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxdu

Hazırda oxunan: Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxdu

1205

Azərbaycanda koronavirus  infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb. 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 49 013 nəfər koronavirusa yoluxub. Onlardan  41 051-i müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib, aktiv xəstə sayı 7 298-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281 497 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO