"İcbari tibbi sığortanın tətbiq olunduğu stasionar və təcili yardımda bütün dərman təminatı təchiz olunur. Tibbi sərflərin çeşid sayı isə 116-dan 296-ya çatıb".
Bizim.Media-nın məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Tibb müəssisələrinə verilən dərman çeşidləri artırılacaq
O bildirib ki, siyahı ildən-ilə artırılır:
"Növbəti ildən isə ambulator yardımda dərman təminatının də xidmətlər zərfinə daxil edilməsini planlaşdırırıq".
Bizim.Media