“Paşinyanın siyasəti nəticəsində təşəbbüsü tamamilə itirmişik” - Sabiq erməni nazir

“Paşinyanın siyasəti nəticəsində təşəbbüsü tamamilə itirmişik” - Sabiq erməni nazir

Hazırda oxunan: “Paşinyanın siyasəti nəticəsində təşəbbüsü tamamilə itirmişik” - Sabiq erməni nazir

99579

“Ermənistan hakimiyyətinin (Paşinyanı nəzərdə tutur) siyasəti nəticəsində biz həm danışıqlarda, həm də beynəlxalq ictimaiyyətin təsəvvüründə təşəbbüsü tamamilə itirmişik”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook səhifəsində yazıb.

“Bu günlərdə Qarabağın “nümayəndə heyəti” Ermənistandadır, Ermənistan hakimiyyəti ilə görüşür. Rəsmi İrəvanın danışıqları və fəal diplomatik fəaliyyətin nəticələrini necə təqdim etməsindən asılı olmayaraq, bir şey aydındır: Qarabağ Azərbaycanın tərkibində qalır. Əminəm ki, “Arsax” hakimiyyəti bunu yaxşı bilir. Hakimiyyətin məntiqi belədir: Qarabağdan əl çəkəcəyik, Ermənistanı “xilas edəcəyik”.
Problem ondadır ki, Qarabağ “hakimiyyəti” bu məntiqi başa düşür. Onlar Ermənistanın təhlükəsizliyinə və suverenliyinə xələl gətirə biləcək hər hansı “macəra”ya atılmaq istəmirlər.

Təbii ki, Ermənistan və Qarabağ “hakimiyyətinin” bu cür yanaşması Qarabağı itirməyin ən qısa yoludur.

Uzun müddətdir ki, Ermənistanda “Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ” haqda kəlmə danışılmır”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO