“Rəsmi İrəvan üçtərəfli bəyanata ƏMƏL ETMİR” - ABŞ mətbuatı Edilli məzarlığından yazdı

“Rəsmi İrəvan üçtərəfli bəyanata ƏMƏL ETMİR” - ABŞ mətbuatı Edilli məzarlığından yazdı

Hazırda oxunan: “Rəsmi İrəvan üçtərəfli bəyanata ƏMƏL ETMİR” - ABŞ mətbuatı Edilli məzarlığından yazdı

98158

ABŞ-ın “Foreign Policy” nəşrində İsrailin İqtisadi Sülh Mərkəzinin informasiya-xəbər saytının redaktoru, siyasi analitik Reyçel Avrahamın Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məqaləsi dərc olunub. 

Bizim.Media xəbər verir ki, məqalədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq Ermənistanın nəzarətində olan, lakin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkarlandığı bildirilib.

Qeyd olunub ki, həmin məzarlıqda əl-ayağı bağlanaraq kütləvi şəkildə basdırılmış 12 insan qalığı tapılıb. Bundan əvvəl isə Edillidə tapılan kütləvi məzarlıqlarda 25 insan qalığı aşkar edilmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər yola gəlir - Azərbaycanın 5 maddəlik müqaviləsi ilə razılaşırlar


Müəllif qeyd edib ki, aşkarlanan qalıqların kəllə sümüklərində olan güllə deşikləri onların güllələnərək öldürüldüyünü sübuta yetirir. Müxtəlif media qurumlarının məlumatına görə, Ermənistan itkin düşmüş 4000-dək azərbaycanlının taleyi və kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.

Yazıda Azərbaycan diaspor təşkilatlarının Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara ünvanladığı bəyanatına da istinad edilib.

Müəllif sözügedən bəyanata istinadla mühüm bir faktı da unutmamaq lazım gəldiyini bildirərək qeyd edib:

“Ermənistan silahlı qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini minalarla çirkləndirib, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirib, nəticədə 100-dən artıq dinc sakin həlak olub.

Lakin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək mina xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-dək azərbaycanlının taleyi barədə məlumatları Azərbaycana təqdim etməyib”.

Sonda müəllif İsrailin sabiq rabitə, kibertəhlükəsizlik və peyk naziri Ayub Karanın azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsinə və bu günə qədər digər kütləvi məzarlıqların yerləri barədə məlumatı təqdim etmədiklərinə görə Ermənistanı qınadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO