
- A-
- A
- A+
Region
20:18 / 19.09.2022
İstanbulda polisləri güllələyən şəxs SAXLANILDI – FOTO
Hazırda oxunan: İstanbulda polisləri güllələyən şəxs SAXLANILDI – FOTO
94662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İstanbulda qohumu və dostunu öldürən, daha 2 qohumunu güllələyən və 2 polisi yaralayan Güvən Gülər tutulub.
Bizim.Media “Sözcü”yə istinadən xəbər verir ki, Güvən Gülər eyni gündə silsilə cinayətlər törətdikdən sonra narkotik vasitə əldə etmək üçün İstanbulun Aksaray ərazisinə yollanıb.
Ərazidə xidmət aparan polis əməkdaşları onun sənədlərini yoxlayan zamanı Gülər bir polisi çənəsindən, digərini isə yanağından yaralayaraq hadisə yerindən qaçıb.
Aparılan axtarış tədbirləri nəticəsində Gülər saxlanılaraq istinatqa təhvil verilib. Onun üzərində cinayətlərdə istifadə etdiyi odlu silah aşkarlanaraq götürülüb.
Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































