Puqaçova Solovyova cavab verdi:

Puqaçova Solovyova cavab verdi: "Yazıqlar olsun sənə!”

Hazırda oxunan: Puqaçova Solovyova cavab verdi: "Yazıqlar olsun sənə!”

91574

Xəbər verdiyimiz kimi, Rusiya estradasının ulduzu Alla Puqaçova İsraildən Rusiyaya qayıdıb. Telejurnalist Vladimir Solovyov onun gəlişini “pulunun qurtardığı” ilə əlaqələndirib. Primadonnanın cavabı özünü çox gözlətməyib.

Bizim.Media xəbər verir ki, o, özünün İnstagram səhifəsində belə yazıb:

“Volodya, yazıqlar olsun sənə! Qəzəbindən və həyasızlığından partlayacaqsan”.

Qeyd edək ki, Maksim Qalkin özünün sosial şəbəkəsində ukraynalıları fəal şəkildə dəstəkləyib. Solovyov isə Puqaçovanı müharibə mövzusunda susduğuna görə qınayıb.

“Uşaqları məktəbə göndərmək üçün Rusiyaya qayıtdı, tətildə idi? Kimi aldadırsan? Ərinin onu apardığını hiss etmədi və heç bir söz demədi. Niyə gəldin? Pulunuz bitdi? Mən belə düşünmürəm. Onun gəlişinə görə gözümüzdən yaş axmalıdır:
“Oh, Puqaçova qayıtdı!”. Biz guya heç nə başa düşmürük? Özümü toparlaya bilmirəm! Qoy hər şeyi izah etsin. O, rusların şüurunda asayişi bərpa etmək üçün gəlib", deyə Solovyov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO