“Qarabağda qondarma rejimin “parlamentinin” sədri Artur Tovmasyan dünən Ermənistan müxalifətinin sentyabrda parlamentə qayıdacaqları ilə bağlı yalan məlumat yayıb. Nikol Paşinyanın siyasi dublyoru, “Arsax” “prezidenti” Arayik Arutyunyanın əməkdaşı olan Tovmasyan Ermənistanın parlament müxalifətinin mövcud olmayan qərarına toxunub və qeyri-müəyyən ifadələr verib.
Sonra o, dediklərini təkzib edib. Lakin təkzibi onun özü deyil, qondarma rejimin “parlamentinin” ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuat xidməti verib”.
Bizim.Media xəbər verir ki, bu barədə müxalif “Ermənistan” fraksiyasının üzvü Areqnaz Manukyan Facebook səhifəsində yazıb.
“Dünənki bəyanatında Tovmasyan, həmçinin Ermənistan parlamentinin “Arsax”dakı bütün fraksiyalarını sentyabrın 2-də “müstəqilliyin” 31-ci ildönümünü qeyd etməyə dəvət edib.
Maraqlıdır ki, niyə Tovmasyan şəxsən Ermənistan parlamentinin spikeri Alen Simonyana deyil, fraksiyalara müraciət edir. O, yəqin ki, bilir ki, “məxməri inqilab” adlanan dövrdə parlamentin spikeri olan bu şəxs məxməri mövsümdə super bahalı çimərlik kurortlarında dincəlir”, deyə o, qeyd edib.
P.S. Artur Tovmasyan “Vətəndaş müqaviləsi” partiyasının üzvlərini “Arsax”ın müstəqilliyinin 31-ci ildönümünü qeyd etməyə dəvət edir, Nikol Paşinyan isə “Arsax”ın Azərbaycanın bir hissəsi olduğunu təbliğ edir.
“Nikol Paşinyanın dövründə “Arsax faktiki olaraq öz “dövlətçiliyini” və “ərazilərini” itirib və Rusiya sülhməramlılarının iradə və şıltaqlığından asılı qalıb. Bütün bunlara əsaslanaraq, Rusiya Dövlət Dumasının üzvlərini “Arsax”ın “müstəqillik gününə” dəvət etmək və onu hər hansı bir rusiyalı deputatla qeyd etmək ən böyük ikiüzlülükdür”, - deyə o yekunlaşdırıb.
Bizim.Media