Rusiyalı ekspertdən erməni revanşistlərə: “Müharibə çağırışından əl çəkin” – VİDEO

Rusiyalı ekspertdən erməni revanşistlərə: “Müharibə çağırışından əl çəkin” – VİDEO

Hazırda oxunan: Rusiyalı ekspertdən erməni revanşistlərə: “Müharibə çağırışından əl çəkin” – VİDEO

80110

“Ermənistan müxalifəti Qarabağda hərbi əməliyyatların bərpası ilə bağlı revanşist əhval-ruhiyyəni tərk etməlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı jurnalist, hərbi ekspert Mixail Xodarenok “Vestnik Kavkaza” nəşrinin aparıcısı Qiya Sapalidzeyə verdiyi müsahibəsində səsləndirib. 

Onun sözlərinə görə, ermənilər hər gün hay-küy salırlar ki, Azərbaycana qarşı yenidən müharibəyə başlayacaqlar və məsələni birdəfəlik həll edəcəklər:

“Mən isə onlara birbaşa deyirəm, başlamayın, həll edə bilməzsiniz, çünki əməlləri hərbi imkanları ilə üst-üstə düşmür. Rəqibləri sayılan Azərbaycanın isə güclü ordusu var. 2-ci Qarabağ savaşındakı qələbə əzmi də rəsmi Bakıya yeni stimul verir.
Onlar unutmasınlar ki, Azərbaycanın müttəfiqi (Türkiyə nəzərdə tutulur) kimdir. İstənilən vaxt hərbi köməkliyini əsirgəməyəcək”.

Xatırladaq ki, Mixail Mixayloviç Xodarenok 20 fevral 1954-cü ildə Estoniyanın paytaxtı Tallinn şəhərində dünyaya gəlib.

O, ehtiyatda olan polkovnikdir. Hazırda “gazeta.ru” saytının və “Vesti FM” radiostansiyasının hərbi müşahidəçisi kimi fəaliyyət göstərir.

Daha ətraflı videoda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO