Serj Sarkisyan müxalifətin aksiyası HAQDA: “Birisi gün eşidəcəksiniz”

Serj Sarkisyan müxalifətin aksiyası HAQDA: “Birisi gün eşidəcəksiniz”

Hazırda oxunan: Serj Sarkisyan müxalifətin aksiyası HAQDA: “Birisi gün eşidəcəksiniz”

78910

“Müqavimət”  hərəkatının lideri İşxan Saqatelyanın əldə etdiyi nəticələr iyunun 14-də keçiriləcək mitinqdə açıqlanacaq.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın eks-prezidenti Serj Sarkisyan deyib.

"Əlbəttə, arzu olunan nəticələr olacaq. Birisi gün  siz İşxan Saqatelyanın bu barədə nə deyəcəyini eşidəcəksiniz", - Sarkisyan bildirib.

Bundan əvvəl müxalifət iyunun 14-də İrəvanın Fransa meydanında saat 19:30-da keçiriləcək növbəti mitinqini elan edib.

Bu gün Sarkisyan Komitas Panteonunda olub və  Ermənistanın keçmiş baş naziri Andranik Markaryanın ad günündə (onun bu gün 71 yaşı tamam olacaqdı) məzarı üzərinə gül dəstələri qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO