Azərbaycanla Ermənistan arasında avtomobil marşrutunun razılaşdırılması ilə bağlı AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında avtomobil marşrutunun razılaşdırılması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında avtomobil marşrutunun razılaşdırılması ilə bağlı AÇIQLAMA

78439

"Azərbaycanla Ermənistan arasında avtomobil nəqliyyat dəhlizinin razılaşdırılması üçtərəfli işçi qrupu çərçivəsində davam edir və artıq başa çatmaq mərhələsindədir". 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı deyib. 

"Məlum olduğu kimi, dəmiryol marşrutu artıq razılaşdırılıb, indi avtomobil marşrutunun və nəqliyyat dəhlizinin funksiya rejiminin razılaşdırılması başa çatır", - deyə nazir bildirib. 

Bu baxımdan rusiyalı nazir iyunun 3-də keçirilmiş Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin sədrliyi ilə işçi qrupunun 10-cu iclasını yüksək qiymətləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO