Rəisinin Omana səfərinin məqsədi nədir?

Hazırda oxunan: Rəisinin Omana səfərinin məqsədi nədir?

75782

İran prezidenti İbrahim Rəisi bu gün, mayın 23-də Oman sultanının rəsmi dəvəti ilə bu ölkəyə səfər edir. Bəs bu səfər nüvə müzakirələrinin davam etdirilməsi məqsədi daşıya və Tehran valyuta bazarına təsir göstərə bilər?

Bizim.Media “Tejarat News" xəbər agentliyinə istinadən xəbər verir ki, İbrahim Rəisi bu gün Məsqətə səfər edərək Oman sultanı ilə görüşəcək.

Dövlət rəsmilərinin dediyinə görə, Rəisinin Omana səfəri Tehran-Məsqət əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır. 
Bu barədə İranın Omandakı səfiri deyib: "Bu səfər İran və Oman Sultanlığı arasında dostluq əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsi üçün yeni və səmərəli imkanlar aça bilər.

Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, görüşlərin gündəliyində mütləq bölgəsəl və beynəlxalq məsələlərlə bağlı ikitərəfli danışıqlar və məsləhətləşmələr olacaq.

Məsələ burasındadır ki, bu səfərin məqsədi təkcə ticarət və siyasi əlaqələri möhkəmləndirmək deyil, həm də beynəlxalq məsələləri gündəmə gətirməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO