Putin Lukaşenkonu Soçiyə dəvət etdi: təkbətək görüşdə nəyi müzakirə etdilər? - VİDEO

Hazırda oxunan: Putin Lukaşenkonu Soçiyə dəvət etdi: təkbətək görüşdə nəyi müzakirə etdilər? - VİDEO

75781

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə təkbətək danışıqlar aparıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

“Biz Soçidə ayrıca görüş keçirməyə razılaşdıq, çünki şərait belə ciddi və dərin söhbət tələb edir. Mən regionda təhlükəsizlik məsələləri, ölkələrimizin təhlükəsizliyi və iqtisadiyyatla bağlı hər şeyi nəzərdə tuturam”, - deyə Vladimir Putin bildirib.
Kremlin sahibinin fikrincə, təhlükəsizlik və iqtisadiyyat məsələləri dərin müzakirə tələb edir:

“Bütün çətinliklərə baxmayaraq, Rusiya iqtisadiyyatı sanksiyalar zərbəsinə kifayət qədər dözür. Sanksiyalar fonunda iqtisadi blokun səyləri müsbət nəticə verir”.

Belarus lideri qeyd edib ki, Ukraynada ən təhlükəli tendensiya onu “müdafiə” adı altında parçalamaq cəhdləridir. 

Lukaşenko bəyan edib ki, Belarus Qərb ölkələrinin münaqişəni uzatmaq istəklərini görür: “Bunu Ukrayna Silahlı Qüvvələrinə davamlı olaraq silah verilməsi faktı da sübut edir”.

Belarus lideri hesab edir ki, Rusiyada və ümumiyyətlə, İttifaqda (Rusiya-Belarus İttifaqı) iqtisadiyyat nəinki güclənir, həm də gözlənilmədən intensiv şəkildə möhkəmlənir, işsizlik demək olar ki, azalır:

“Həmçinin Rusiya Federasiyası ilə Belarus arasında rublla ticarətin də həcmi artır”.
O, hər iki ölkənin təhlükəsizlik məsələlərinə də toxunub:

“NATO hələ də qərb sərhədlərində qoşun cəmləşdirir”.

Kremlin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı iki ölkə liderləri inteqrasiya, idxalı əvəzetmə məsələlərini, həmçinin beynəlxalq və regional gündəliyi müzakirə etməyi planlaşdırıblar.
Bundan əvvəl Rusiya və Belarus prezidentləri İttifaq dövləti çərçivəsində ölkələrin inteqrasiyası üçün 28 proqram üzrə razılığa gəliblər. Bura qanunvericiliyin unifikasiyası, ümumi maliyyə və enerji bazarlarının qurulması, ümumi sənaye və kənd təsərrüfatı siyasətinin, habelə ümumi ödəniş məkanının yaradılması daxildir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO