İranda 10 mərtəbəli bina çökdü, 3 ölü, 24 yaralı - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: İranda 10 mərtəbəli bina çökdü, 3 ölü, 24 yaralı - YENİLƏNİB - VİDEO

75750

İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanlar var.

Bizim.Media “Tasnim”ə istinadən xəbər verir ki, 3 nəfər ölüb, 24 nəfər isə xəsarət alıb.

*** 14:22

Bu gün İranın Abadan şəhərində “Metropol” biznes mərkəzinin 10 mərtəbəli binası çöküb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Hələlik hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Hadisə yerində xilasetmə briqadaları işləyir.

Qeyd edək ki, bu gün Sistan və Bəlucistan əyalətinin Sarcanqal məntəqəsi yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO