Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan-Ermənistan münasibətlərindən danışıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, Rusiya tərəfinin üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdiyini açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
“Bu həftənin sonu Bakıda Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü olacaq” - ZAXAROVA
“Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasını Azərbaycan=Ermənistan münasibətlərinin normallaşması kontekstində əsas vəzifələrdən biri hesab edirik”, - M.Zaxarova bildirib.
O qeyd edib ki, üçtərəfli işçi qrupun həmsədrləri bütün tərəflərə uyğun həll yolları hazırlamaq üçün müntəzəm olaraq əlaqədədirlər.
Bizim.Media