Ermənistanda dünənki zəlzələdən sonra 30 afterşok qeydə alındı

Hazırda oxunan: Ermənistanda dünənki zəlzələdən sonra 30 afterşok qeydə alındı

74428

Mayın 15-də səhər saat 8-ə olan məlumata görə, zəlzələdən sonra Ermənistan-Gürcüstan sərhəddində 30 afterşok qeydə alınıb, ən güclüsü 1,7 bal olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, mayın 14-də axşam saat 21 radələrində Gürcüstan və Ermənistan sərhəddində, Bavra şəhərindən 15 km şimalda, 10 km dərinlikdə 4,5 bal gücündə zəlzələ baş verib.

Episentrdə yeraltı təkanların gücü 6 bal olub.

Şirak və Loridə zəlzələ 4-5 bal, Araqatsotn və Tavuşda 3-4 bal, İrəvan və Araratda 3 bal gücündə hiss olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO