Paşinyanı devirə bilməyən müxalifət taktikanı dəyişir: Gələn həftə...

Hazırda oxunan: Paşinyanı devirə bilməyən müxalifət taktikanı dəyişir: Gələn həftə...

74416

“Gələn həftə biz taktikanı dəyişəcəyik və bütün şəhəri ayağa qaldıracağıq. Bizim belə potensialımız var”.

Bizim.Media xəbər verir ki, bunu mayın 14-də keçirdiyi mətbuat konfransında Daşnaksütyun partiyasının ali orqanının nümayəndəsi, Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan deyib.

“Mövcud hökuməti aradan götürmək üçün nə lazımdır? Buna ictimai təzyiqlə nail olmaq olar ki, dövlət aparatı Paşinyana tam xidmət göstərə bilməsin. İctimai tələbatın həcmini artırmaq lazımdır. Hakimiyyət əzab çəkir, biabırçı taktikalara əl atır. 2020-ci il noyabrın 9-da gecə saatlarında baş verən hadisələrə görə, insanlar dindirilməyə çağırılır, təzyiqlər edilir, müxalifətin və onların tərəfdarlarının əməllərinə differensial yanaşma tətbiq olunur.

Xəbərə yumorla yanaşırıq ki, bizi mandatdan məhrum etmək istəyirlər. Bizə mandatı xalq verib, xalq indi küçədədir, biz də orada küçələrdəyik, onların maraqlarına xidmət edirik. Əgər xalqın mənafeyinə xidmət etmək üçün parlamentdə olmaq lazımdırsa, biz də orada olacağıq, ancaq gündəmimizlə.

Biz bütün tərəfdarlarımızı küçələrə çıxarmalıyıq, bu halda biz hakimiyyətin devrilməsinə nail ola bilərik və o gün çox yaxındır”, - Saqatelyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO