Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

Hazırda oxunan: Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

74258

Rusiyada illik inflyasiya apreldə əvvəlki ayla müqayisədə 16,69 faizdən 2002-ci ilin yanvarından bəri ilk dəfə 17,83 faizə yüksəlib.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, bu məlumatı Rusiya Federal Statistika İnstitutunun (Rosstat) açıqlayıb.

Bildirilib ki, aprel ayında ölkədə ərzaq məhsullarının qiyməti 20,5 faiz artıb.

Sözügedən dövrdə qeyri-ərzaq məhsullarının qiymətləri 20,2 faiz, xidmət məhsullarının qiymətləri isə 10,9 faiz bahalaşıb.

Rusiya Mərkəzi Bankının proqnozlarına görə, 2022-ci ildə ölkədə illik inflyasiyanın 18-23 faiz arasında olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO