Rusiyadan Finlandiyaya NATO ilə bağlı XƏBƏRDARLIQ

Rusiyadan Finlandiyaya NATO ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Rusiyadan Finlandiyaya NATO ilə bağlı XƏBƏRDARLIQ

74015

“NATO-nun genişlənməsi Avrasiyada təhlükəsizliyə əlverişli deyil, Finlandiyanın alyansa daxil olması Rusiya üçün təhlükədir”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.  

“NATO-ya daxil olmaq Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa regionunda sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya öz milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün tədbirlər görəcək”, - deyə Peskov qeyd edib. 

Həmçinin Rusiya Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb: “Rusiya Finlandiyanın NATO-ya mümkün üzvlüyünə cavab olaraq öz milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısını almaq üçün hərbi-texniki xarakterli cavab addımları atmağa məcbur olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO