“Lada\

“Lada\"nın sürücüsü piyada keçidində 4 uşağı vurdu - VİDEO

Hazırda oxunan: “Lada\"nın sürücüsü piyada keçidində 4 uşağı vurdu - VİDEO

73862

“Lada Priora” markalı avtomobilin sürücüsü Rusiyada, Vıksa yaşayış məskənində piyada keçidində dörd uşağı vurub.

Bizim.Media “vestinn.ru” saytına istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti yayıb.

İlkin məlumata görə, qəza çərşənbə günü, mayın 11-də saat 12:20 radələrində Krasnıye Zori və Ostrovskoqo küçələrinin kəsişməsində, 8 saylı məktəbin yaxınlığında baş verib.

“Lada Priora markalı avtomobili idarə edən 2003-cü il təvəllüdlü sürücü işıqforda piyada keçidində yolu keçən azyaşlı piyadaları vurub. Hadisə nəticəsində dörd azyaşlı (2013-cü il təvəllüdlü iki qız və bir oğlan, 2007-ci il təvəllüdlü qız) müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə məlumatda bildirilir.

Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO