Ermənistan Baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan da etirazçıların hədəfinə çevrilib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, dəbdəbəli restoranlardan birində yemək yeyən Məryəmə etirazçılar tərəfindən müxtəlif şüarlar səsləndirilib.
Sosial şəbəkələrin erməni seqmentində yayılan görüntülərdə aksiyaçılar “türklərsiz Ermənistan” şüarları ilə çıxış ediblər. Restoranın ətrafına yığılan müxaliflər Paşinyana və qızına erməni xalqı adından salamlarını da çatdırıblar.
N.Paşinyanın qızı Məryəm isə bütün bunlara məhəl qoymayaraq, sakit tərzdə yemək yeməyə davam edib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media