İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək

İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək

Hazırda oxunan: İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək

71838

Yaxın həftələrdə İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bunu İran parlamentinin deputatı Qulamrza Mərhəba bu gün İranın Gilan vilayətində jurnalistlərə açıqlamasında deyib.

Q.Mərhəbanın sözlərinə görə, Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin gücləndirilməsi İran Xarici İşlər Nazirliyinin əsas prioritetlərindən olmalıdır.

O bildirib ki, İran və Azərbaycan çox uzun birgə su və quru sərhədə malikdir. Bu sərhədlər iqtisadi inkişafa kömək edə bilər.

"İki ölkənin parlament əlaqələrinin möhkəmləndirilməsi əhəmiyyət daşıyır. Bu məqsədlə gələn həftələdə İranın yüksək səviyyəli parlament heyəti Bakıya səfər edəcək", - Q.Mərhəba deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO