Ermənistan təyyarəsinə görə qırıcılar havaya qaldırıldı

Ermənistan təyyarəsinə görə qırıcılar havaya qaldırıldı

Hazırda oxunan: Ermənistan təyyarəsinə görə qırıcılar havaya qaldırıldı

71611

Bolqarıstan qırıcıları Rumıniyadan Türkiyəyə uçan Ermənistana məxsus təyyarəyə kömək edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, “Falcon 8X” təyyarəsi Bolqarıstanın hava məkanında olarkən təyyarə idarəetmə mərkəzi ilə rabitə itib.

Beynəlxalq qanunvericiliyə uyğun olaraq qırıcılar havaya qalxaraq rabitə bərpa olunanadək təyyarəni müşayiət edib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO