Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gümrüyə səfəri zamanı xoşagəlməz halla üzləşib.
Bizim.Media "News.am" saytına istinadən xəbər verir ki, yerli sakinlər N.Paşinyanı etiraz pankartları ilə qarşılayıblar.
“Ölkədəki vəziyyətlə razı deyiləm”, "Biz özümüzü ləyaqətli vətəndaş kimi görə bilmirik", "Nikol, səni görmək istəmirik" yazılmış pankartlarla küçədə dayanan vətəndaşlar N.Paşinyanı Gümrüdə görmək istəmədiklərini deyiblər.
Bizim.Media