Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyir - VİDEO

Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyir - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyir - VİDEO

68909

Ermənistan rəhbərliyi özünün regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl ataraq, müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxta hamıya şikayətlənmək xəttini tutub.

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialda qeyd olunub.

“ATƏT-in Minsk Qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb” – müəllif qeyd edir.

Video süjetdə qeyd olunub ki, bütün bu hadisələrin fonunda bir qrup silahlı erməni separatçının Azərbaycan ərazisində öz mövcudluğunu qoruyub saxlamaq istəməsi və ara-sıra təxribatlara əl atması isə artıq heç nəyi dəyişməyəcək. 

“Ötən ilin aprelindən indiyədək bir güllə belə atılmadan Azərbaycan ordusu Ağdərə istiqamətində ermənilərə məxsus 13 postu ələ keçirib və xeyli irəliləyib”, deyə müəllif bildirir.

Daha ətraflı videoda:

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO