Təhlükəsizliyi təmin etmək üçün Ermənistan NATO hərbi blokunun üzvü olmalıdır. “Ermənistan yol ayrıcında: oriyentasiya, prioritetlər və xarici siyasət gözləntiləri” adlı sosioloji sorğuda iştirak edən respondentlərin 34,1%-i analoji rəyi bölüşür.
Sorğu İrəvan Dövlət Universitetinin və Konrad Adenauer Fondunun maliyyə dəstəyi ilə SOCIES Ekspert Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Arminfo” nəşrində yer alıb.
Mənbə yazır ki, respondentlər Ermənistanın Avropa İttifaqına üzvlüyünü ən perspektivli hesab edirlər (46,1%).
Respondentlərin 28,7%-i Avrasiya İqtisadi Birliyinə üzvlüyə səs verib, 12,5%-i heç bir iqtisadi ittifaqı dəstəkləmir, 12,6%-i isə bu birliklər haqqında heç nə bilmir.
İnsan hüquqlarının təmin edilməsi məsələsində də əsas pay (52%) Aİ-nin payına düşür, 35% ABŞ-la əməkdaşlığı effektiv hesab edir. 26% Rusiya Federasiyasına, 8% Çinə, 4% Hindistana, 3,5% İrana, 2,5% Gürcüstana, 0,1% Türkiyəyə verilib.
Həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından Ermənistan vətəndaşları Aİ ilə əməkdaşlığı daha perspektivli hesab edirlər (51%), ABŞ-la əlaqə isə bir qədər azdır (39%-dən çox), ardınca Rusiya Federasiyası (39%), daha sonra Çin ( 20%, İran (10%), Hindistan (8%), Gürcüstan (4%-dən çox), Türkiyə (1%-dən çox) gəlir.
Sorğunun nəticələrinə görə, respondentlərin 69,7%-i bu fikirdədir ki, Ermənistan Rusiya Federasiyası ilə münasibətləri məhdudlaşdırmalı, Aİ və ABŞ ilə genişləndirməlidir.
Bizim.Media
- A-
- A
- A+
Region
16:30 / 07.04.2022
Ermənilər NATO-ya üzv olmaq istəyirlər - Sorğuda Rusiyaya “YOX” dedilər
Hazırda oxunan: Ermənilər NATO-ya üzv olmaq istəyirlər - Sorğuda Rusiyaya “YOX” dedilər
Hazırda oxunan: Ermənilər NATO-ya üzv olmaq istəyirlər - Sorğuda Rusiyaya “YOX” dedilər
68522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.