Ərdoğandan erməni silahlı dəstələrinin Qarabağda törətdiyi təxribatlara MÜNASİBƏT

Ərdoğandan erməni silahlı dəstələrinin Qarabağda törətdiyi təxribatlara MÜNASİBƏT

Hazırda oxunan: Ərdoğandan erməni silahlı dəstələrinin Qarabağda törətdiyi təxribatlara MÜNASİBƏT

67331

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində son zamanlar törətdiyi təxribatlara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Müharibənin uzanması kimsənin maraqlarına uyğun deyil” - Ərdoğan 


“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, - o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO