Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Bildirilib ki, Emmanuel Makron ölkəsinin Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı böhranda daimi siyasi həll yolu tapmaqda qərarlı olduğunu söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Brüsseldə Ərdoğanla Makronun görüşü başladı
O, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair göstərilən səylərdən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün NATO liderlərinin fövqəladə iclası çərçivəsində fransalı həmkarı Emanuel Makronla görüşüb.
Bizim.Media