Moskva metrosunda bir nəfər polis tərəfindən saxlanılarkən ölüb. Hadisə dekabrın 26-da axşam saatlarında Şukinskaya stansiyasında baş verib.
Bizim.Media xəbər verir ki, olayla bağlı video Hue Telegram kanalı tərəfindən yayımlanıb.
Kadrlarda qanunu pozan sərnişini polisin və metronun təhlükəsizlik xidmətinin necə tutmağa çalışdığı göstərilir.
O, Troyka kartını doldura bilmədikdən sonra ödəmə terminallarını zədələmək istəyib.
Həbs zamanı cinayətkar qəfildən huşunu itirib və dünyasını dəyişib.
Əraziyə gələn həkimlər onun ölümünü müəyyənləşdiriblər.
Polis hazırda hadisənin baş vermə səbəbini yoxlayır.
Bizim.Media