Qarabağ erməniləri Anna Akopyana qəzəblidir

Qarabağ erməniləri Anna Akopyana qəzəblidir

Hazırda oxunan: Qarabağ erməniləri Anna Akopyana qəzəblidir

6525

Bizim.Media xəbər verir ki, Dağlıq Qarabağ erməniləri ilə Paşinyan hakimiyyəti arasındakı gərginlik hər keçən gün daha da artır. Bu dəfə Qarabağ ermənilərinin hədəfində Paşinyanın arvadı Anna Akopyan var.

Anna Akopyan özünün feysbuk hesabında “Mənim addımım” fondu Qarabağda ölmüş, yaralanmış və ölmüş hərbçilərin uşaqlarına yeni il hədiyyələri paylayacağını elan edib. Ancaq o, bu elanı ilə erməniləri daha da qəzəbləndirib. Onlar “bəsdir, bizim yaralarımıza duz səpdiniz, gedin!”,- deyə, Akopyana etiraz ediblər. Qarabağ erməniləri Anna Akopyana yeni ad da qoyublar: “Erato”.

Bununla da xatırladırlar ki, Paşinyanın arvadı Qarabağ döyüşlərinin qızğın vaxtında başına 13 nəfər qadını yığıb döyüşə yollanacağını demişdi, dəstəyə də “erməni kraliçası” Eratonun adını qoymuşdu.

Qarabağ erməniləri “xainlərin ayağı mənim yaralı artsaxıma dəyməməlidir, onların buna haqqı yoxdur”,- deyə hikkəli şəkildə bəyan ediblər. Onlar Nikol Paşinyanın Yerablur panteonunda və Zəngəzurda minlərlə mühafizəçi və polisin olmasına baxmayaraq, əhalinin sərt etirazı ilə üzləşdiyini xatırladaraq, Ermənistan hakimiyyətinə qarşı nifrətin olduğunu vurğulayıblar. Xəbərdarlıq ediblər ki, Anna Akopyan Qarabağa ancaq qolları qandallı gətirilə bilər və Akopyan müharibə günlərindəki hərəkətlərinə görə məhkəmədən yayına bilməyəcək. (musavat)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO