Nazir: “Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdır”

Hazırda oxunan: Nazir: “Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdır”

65008

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Anadolu Agentliyinə müsahibəsində deyib. 

O qeyd edib ki, türkiyəli həmkarından bu məqsədə çatmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnun olub. 

“Hesab edirəm ki, sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik. Sərhədlərin açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrə, xalqlar arasında münasibətlərə və regionun ümumi sabitliyinə müsbət təsir göstərəcək”, - deyə o bildirib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO