Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə etdi

Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə etdi

Hazırda oxunan: Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə etdi

64919

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan şəhərində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə Qarabağdakı vəziyyəti və gərginliyin artması ilə bağlı müzakirələr aparıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı hökumətin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, regional sülh və sabitlik kontekstində tərəflər Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər. 

Paşinyan Qarabağla bağlı Brüssel və Soçidə keçirilən üçtərəfli görüşlərdə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.

“Tərəflər Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə hərtərəfli həllinin zəruriliyini vurğulayıblar”, - hökumətin müraciətində deyilir.

Klaar öz növbəsində qeyd edib ki, Aİ Ermənistanla tərəfdaşlığa önəm verir və ölkənin demokratik islahatlarına yardım etməyə hazır olduğunu təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO