Məşhur müğənnidən gözlənilməz TƏKLİF: "Küçədəki itlərə zəhərli ət verin"

Hazırda oxunan: Məşhur müğənnidən gözlənilməz TƏKLİF: "Küçədəki itlərə zəhərli ət verin"

64708

Türkiyənin pop ulduzu, müğənni, bəstəkar Yıldız Tilbenin küçədəki itlərin hücumu nəticəsində həyatını itirən və yaralanan insanlarla bağlı sosial media hesabında etdiyi paylaşım Türkiyə gündəmini silkələyib.

Bununla bağlı paylaşım edən sənətçi bildirib  ki,  "insanlara hücum edən küçədəki itlərə zəhərli ət verin, gəbərsinlər".

İstanbul Heyvan Haqqları Mərkəzi isə sosial şəbəkədəki paylaşımı ilə məşhur müğənni Yıldız Tilbe haqqında cinayət işi başlandığını açıqlayıb.

Qeyd edək ki, Yıldız Tilbe uzun illərdir Türk pop- estrada və xalq musiqisinin məşhur simalarındandır. Müğənninin Azərbaycanda da xeyli sayda sevənləri var.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO