Ukraynada həlak olan azərbaycanlı ailənin övladları Rusiyaya aparıldı - FOTO+YENİLƏNİB

Hazırda oxunan: Ukraynada həlak olan azərbaycanlı ailənin övladları Rusiyaya aparıldı - FOTO+YENİLƏNİB

64691

Ukraynanın Xarkov vilayətinin Çirkun kəndində yaşadıqları evə raket düşməsi nəticəsində həlak olan azərbaycanlı ailənin sağ qalan övladları Rusiyaya təxliyə olunub.

Bizim.Media xəbər verir ki, hadisə zamanı həlak olan Emin Mahmudovun qardaşı Ramin Mahmudov bildirib ki, uşaqlar hazırda Rusiyanın Oryol şəhərindədir.

“Rusiyada yaşayan həmkəndlilərimizin köməyi ilə qardaşımın övladlarını sərhəddən götürmək mümkün olub. Əlaqə saxlamışam, vəziyyətləri yaxşıdır.

Onların Azərbaycana gətirilməsi üçün sabahdan işlərə başlayacam. Ola bilsin özüm gedim, çünki uşaqlar bizim soyadımızı daşıyır. Vətənə gələndən sonra mənim himayəmdə qalacaq”, - R.Mahmudov söyləyib.

Qeyd edək ki, hadisə martın 5-də baş verib. Azərbaycanlı ailənin yaşadığı evə mərmi düşməsi nəticəsində Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların 3 övladı isə sağ qalıb.

Xatırladaq ki, Emin Mahmudov əslən Lənkəran rayonu Boladi kəndindəndir.

14.37 ***

Xarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olan azərbaycanlı Emin Mahmudovun və ailə üzvlərinin nəşi hadisə baş verən ərazidə qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Report”a Emin Mahmudovun qardaşı Ramin Mahmudov məlumat verib.

O bildirib ki, qardaşının, həyat yoldaşının və qardaşının qayınanasının nəşini ərazidən götürmək və dəfn etmək mümkün olmayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadakı müharibə zamanı həlak olan azərbaycanlıların SİYAHISI 


“Artıq 10 gündür qardaşımgilin meyitləri həyətdə qalıb. Onlar yaşayan kəndə giriş məhdudlaşdırılıb. Biz meyitlərin Azərbaycana gətirilməsini istəyirdik, amma mümkün olmasa elə yaşadıqları həyətdə dəfn edilməsini istərdik. Hazırda orada vəziyyət pis olduğuna və nə qədər davam edəcəyinə görə dəqiq bir söz demək olmur”.

Qeyd edək ki, martın 5-də Emin Mahmudovun yaşadığı evə raket düşüb. Nəticədə ev sahibi, onun həyat yoldaşı və qayınanası həlak olub. Onların 3 övladı isə sağ qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO