R4 və "Avropa üçlüyü" (E3) ölkələrinin xarici işlər nazirləri sabah İstanbulda Yaxın Şərqdəki vəziyyəti və regional gərginliyin azaldılması yollarını müzakirə etmək üçün görüş keçirəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
R4 qrupuna Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir, E3-ə isə Böyük Britaniya, Fransa və Almaniya daxildir.
Məlumata görə, bu, bu formatda keçirilən ilk görüşdür və regionun təhlükəsizliyinin təmin olunmasında regional və Avropa güclərinin maraqlı olduğunu göstərir.
Tərəflərin ABŞ və İran arasında gərginliyin azaldılmasını, husilərin təhdidlərini, Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsini və regionda münaqişələrin daha da yayılmasının qarşısının alınmasını müzakirə edəcəyi gözlənilir.
Görüş Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlığın güclənməsi fonunda keçiriləcək.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında Məkkə sazişini imzalayıblar, bu sazişə əsasən üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hücum kimi qiymətləndiriləcək.
Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanını birləşdirən məsləhətçi dördtərəfli R4 (Regional Four) formatı 2026-cı ilin mart ayında yaradılıb.
Bizim.Media

- A-
- A
- A+
Region
12:35 / 22.10.2026
7 ölkənin XİN rəhbəri İstanbulda toplaşır – SƏBƏB
Hazırda oxunan: 7 ölkənin XİN rəhbəri İstanbulda toplaşır – SƏBƏB
Hazırda oxunan: 7 ölkənin XİN rəhbəri İstanbulda toplaşır – SƏBƏB
643621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































