Türkiyədə 6 yaşlı qızını Kadir İstekli adlı şəxslə evləndirərək cinsi istismara məruz qoyduğuna görə həbs olunan İsmayılağa Təriqətinə bağlı Hiranur Vəqfinin təsisçisi Yusuf Ziya Gümüşel məhkəmə nəzarəti altında həbsdən azad edilib.
Bizim.Media xəbər verir ki, təxliyə qərarından sonra Cübbəli Ahmet Hoca adı ilə tanınan din xadimi Ahmet Mahmut Ünlü sosial şəbəkə hesabında etdiyi paylaşımda “Yeni Şafak” qəzetinə təşəkkür edib:
“Yusuf Ziya Gümüşel təxliyə olunmasında əməyi olan vəzifəli, vəzifəsiz hər kəsə, bəzi mövzularda mühüm fikir ayrılıqlarımız olsa da, bu mövzuda özəl əməyi olduğunu bildiyim “Yeni Şafak”a bu vəsilə ilə təşəkkür etməyi özümə borc bilirəm”. Məlumat üçün bildirək ki, “Yeni Şafak” bu il iyunun 12-də “Bu necə ədalətdir? Apellyasiya məhkəməsi qanunsuzluğu davam etdirdi” başlıqlı məqalə yayımlayaraq Gümüşelin həbsinin ədalətsiz qərar olduğunu bildirmişdi.
Jurnalist Timur Soykan isə sosial şəbəkə hesabında Cübbəli Ahmet Hocanın qısa müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü yazıb:
“Cübbəli Ahmet bu təxliyəni müjdəli xəbər kimi təqdim etdiyi paylaşımda keçirdiyi iki görüşün qərara böyük təsirinin olduğunu açıq şəkildə yazıb. Cübbəli Ahmet əvvəlki günlərdə Prezident Ərdoğanla görüşmüşdü. “Yeni Şafak” və “Akit” Gümüşeli azadlığa buraxdırmaq üçün xəbərlər tirajladı, 6 yaşlı qızı ittiham edəcək qədər alçaldılar. 6 yaşlı uşağı deyil, istismarçıları müdafiə edən bu qaranlığa ar olsun”.
Xatırladaq ki, Türkiyə cəmiyyətində böyük səs-küy yaradan cinayət işi üzrə məhkəmə 2024-cü ildə Kadir İstekli barəsində 36 il, iki ayrı cinayətdə ittiham olunan Yusuf Ziya Gümüşel barəsində isə 18 il 9 ay həbs qərarı vermişdi.
Qeyd edək ki, həbsxanadan buraxılan Yusuf Ziya Gümüşeli tərəfdarları böyük rəğbətlə qarşılayıb. Belə ki, çox sayda şəxs Gümüşeli “Allahu-Əkbər” şüarları ilə qarşılayıb. Bu isə türkiyə cəmiyyətində böyük narazılıqla qarşılanıb.
Tanınmış psixoloq Nəsibə Yıldırım 6 yaşlı qızını evləndirən, istismara məruz qoyan şəxslərin rəğbətlə qarşılanmasını sərt tənqid edib, bu addımı “Allahın adını ləkələmək” kimi qiymətləndirib:
“Təriqət yurdlarında uşaqları itəat və evlilik adı altında qurban etmək adəti... 6 yaşlı uşağın doğma atası tərəfindən 30 yaşlarında birinə verilməsi, illərlə istismarına göz yumulması və sonra səhhətindəki problemlərə görə təxliyə edilərkən “Allahu Əkbər” şüarları ilə qarşılanması – bu qədər şeyi qəbul edə bilmirəm”.
Xatırladaq ki, Türkiyənin keçmiş Ədliyyə naziri Bəkir Bozdağ sözügedən hadisə ilə bağlı illər əvvəl verdiyi açıqlamada hadisəni törədən şəxslərin təcavüzçü olmadığını bildirmişdi:
“Bunlar cinsi istismar cinayətini zorla törətmiş şəxslər deyil. Bu işlər ailələrin və uşağın razılığı ilə görülüb”. Bozdağın bu sözləri də Türkiyə cəmiyyətində sərt narazılıqla qarşılanmış və təcavüzçüləri müdafiə etdiyinə görə nazir tənqid hədəfinə çevrilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Region
11:46 / 22.10.2026
6 yaşlı qızını evləndirdi, iki il sonra azadlığa buraxıldı – Türkiyədə vəqf rəhbərinin qalmaqallı CİNAYƏT İŞİ – VİDEO
Hazırda oxunan: 6 yaşlı qızını evləndirdi, iki il sonra azadlığa buraxıldı – Türkiyədə vəqf rəhbərinin qalmaqallı CİNAYƏT İŞİ – VİDEO
Hazırda oxunan: 6 yaşlı qızını evləndirdi, iki il sonra azadlığa buraxıldı – Türkiyədə vəqf rəhbərinin qalmaqallı CİNAYƏT İŞİ – VİDEO
643610
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































