Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna böhranının tənzimlənməsi üzrə Kiyev və Vaşinqtonun iştirakı ilə keçirilən üçtərəfli məsləhətləşmələrin bərpası ilə bağlı qərarın daha sonra veriləcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi yazıb.
Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, Moskva bu məsələdə müstəsna olaraq Rusiyanın milli maraqlarına uyğun addım atacaq.
Peskov Rusiya tərəfinin prinsipial mövqeyini xatırladaraq deyib:
"Ukrayna bizim seçkiləri pozmağa cəhd etdikdən sonra üçtərəfli danışıqları nə vaxt davam etdirəcəyimiz barədə düşünəcəyik. Bunu dəqiq şəkildə milli maraqlarımıza uyğun olaraq edəcəyik."
Bizim.Media

































































































