"Crocus City Hall"da terror aktı törədənlər barəsində yeni detallar – VİDEO

"Crocus City Hall"da terror aktı törədənlər barəsində yeni detallar – VİDEO

Hazırda oxunan: "Crocus City Hall"da terror aktı törədənlər barəsində yeni detallar – VİDEO

642240

Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun iddiası əsasında "Batalxacı" dini icmasını terror təşkilatı kimi tanıyıb və onun ölkə ərazisindəki fəaliyyətini qadağan edib.

Bizim.Media xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının təhqiqat materiallarına görə, dindar qardaşlıq pərdəsi altında fəaliyyət göstərən bu qapalı cinayət şəbəkəsi illər ərzində silsilə qətllər, adam oğurluqları və irimiqyaslı terror aktları təşkil edib.

Müstəntiqlərin son məlumatına görə, "Crocus City Hall”da təşkil  edilən qanlı terror aktını törədən silahlıları məhz Batalxacı icmasının üzvləri silahla təmin ediblər.

Bundan əlavə, təşkilatın 2004-cü ildə İnquşetiyaya hücumda, 2009-cu ildə "Nevski Ekspress" qatarının partladılmasında və 2019-cu ildə Moskvada İnquşetiya "E" Mərkəzinin rəhbəri İbrahim Elcarkiyevin qətlində əli olduğu bildirilir. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO