Sentyabrın 3-dən 4-dək İrəvanda Ermənistan və Türkiyənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə ikigünlük konfrans keçiriləcək.
Bizim.Media xəbər verir ki, forum Ermənistan Sənayeçilər və İş Adamları İttifaqı (ESİA) tərəfindən Aİ-nin maliyyələşdirdiyi "Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək: sərhədüstü əlaqələrin gücləndirilməsi" proqramı çərçivəsində təşkil olunub.
Tədbirin əsas məqsədi hər iki ölkənin biznes və dövlət strukturlarının nümayəndələrini bir araya gətirərək iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmək, yeni qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına kömək etməkdir.
Tədbir çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlıq potensialı, işgüzar əlaqələrin inkişafı və sərhədüstü əməkdaşlıq imkanları üzrə müzakirələr və görüşlər nəzərdə tutulub.
Bizim.Media


































































































