ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Hazırda oxunan: ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

627165

ABŞ-nin hava hücumları nəticəsində İranda ölən və yaralananların sayı artıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində bildirib.
 

"ABŞ-nin aviazərbələri başlayandan bəri 629 nəfər yaralanıb, 55 nəfər həlak olub", - o bildirib və əlavə edib ki, yaralılar arasında 46 qadın, 24 uşaq və yeniyetmə var. Həlak olanlardan isə 6-sı qadın və üçü uşaq, yeniyetmədir: "İndiyədək 52 əməliyyat keçirilib, 36 nəfər hələ də xəstəxanadadır".


Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb.

İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı Hörmüz boğazına aid hissədə əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO