Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın şagird sayının azlığını bəhanə edərək Qərbi Frakiya Türk Azlığına məxsus daha 8 ibtidai məktəbi bağlamaq qərarını pisləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı DHA məlumat yayıb.
Nazirliyin sözçüsü Öncü Keçeli bildirib ki, şagird sayının az olması bəhanəsi ilə verilən bu qərardan sonra bölgədə fəaliyyət göstərən türk ibtidai məktəblərinin sayı 76-ya düşüb.
O, həmçinin İskeçə şəhərindəki 1 saylı Türk Azlıq İbtidai Məktəbinə birinci sinif şagirdlərinin qəbulunda da maneələr yaradıldığını deyib.
Keçelinin sözlərinə görə, bu addımlar Qərbi Frakiyadakı türklərin təhsil hüquqlarını məhdudlaşdırır.
Türkiyə XİN hesab edir ki, sözügedən qərarlar Lozanna Sülh Müqaviləsinə ziddir və Yunanıstanı azlıqların hüquqlarına dair beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Region
21:10 / 19.07.2026
Türkiyə Yunanıstanı Lozanna müqaviləsini pozmaqda ittiham etdi
Hazırda oxunan: Türkiyə Yunanıstanı Lozanna müqaviləsini pozmaqda ittiham etdi
Hazırda oxunan: Türkiyə Yunanıstanı Lozanna müqaviləsini pozmaqda ittiham etdi
626252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































