Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

Hazırda oxunan: Ermənistanda TRIPP layihəsi ətrafında müzakirələr yenidən qızışıb

626232

Ermənistanda hökumətin ABŞ ilə TRIPP layihəsi üzrə imzaladığı və Konstitusiya Məhkəməsinə göndərilməsi planlaşdırılan saziş ətrafında müzakirələr yenidən gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, mübahisələrə səbəb Ermənistan Ədliyyə Nazirliyinin sazişlə bağlı hüquqi rəyinin ictimaiyyətə açıqlanması olub.
 

Sənəddə qeyd olunur ki, sazişin bəzi müddəaları qüvvədə olan Ermənistan qanunvericiliyi, o cümlədən layihə çərçivəsində nəzərdə tutulan vergi və digər güzəştlərlə bağlı normalarla ziddiyyət təşkil edir.


Bununla yanaşı, Ədliyyə Nazirliyi hökumətə sazişin təsdiqlənməsini tövsiyə edib. Səbəb isə sənədin özündə xüsusi hüquqi mexanizmin nəzərdə tutulmasıdır. Belə ki, sazişə əsasən, onun müddəaları ilə Ermənistan qanunvericiliyi arasında ziddiyyət yarandığı halda, üstünlük məhz beynəlxalq sazişin müddəalarına verilir.

Bu məqam ölkədə müxtəlif siyasi şərhlərə səbəb olub. Müxalifət nümayəndələri hökuməti tənqid edərək bunu qanunvericiliyə zidd addım kimi qiymətləndirirlər. Hökumət tərəfdarları isə hesab edirlər ki, hüquqi mexanizm sənəddə əvvəlcədən təsbit olunduğu üçün sazişin təsdiqlənməsi beynəlxalq hüquq normalarına uyğun həyata keçirilir. (Mənbə: Bakinskiy Burıla)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO